Page 21 - shehidler
P. 21

Əliyev Ziyadxan İbrahim oğlu – 12 yanvar
                                                               1997-ci ildə Kürdəmir rayonunun Carlı
                                                               kəndində anadan olub. 27 sentyabr 2020-ci il
                                                               Vətən müharibəsində cəbhənin Suqovuşan
                                                               istiqamətində döyüşlərdə iştirak edib.
                                                               Ziyadxan Əliyev 1 oktyabr 2020-ci il
                                                               Suqovuşanda şəhid olub. Qəhrəman
                                                               Şəhidimiz oktyabrın 2-də Kürdəmir rayon
                                                               Şəhidlər xiyabanında dəfn olunub. Əliyev
                                                               Ziyadxan İbrahim oğlu ölümündən sonra
                                                               Azərbaycan Respublikasının Prezidenti İlham
                                                               Əliyevin müvafiq sərəncamı ilə “Vətən
                                                               uğrunda”, ”Suqovuşanın azad olunmasına
                                                               görə”, ”Cəsur döyüşçü” medalları ilə təltif
                                                               olunmuşdur.

















                                                               Əliyev Adəm İlqar oğlu – 19 noyabr 2000-ci
                                                               ildə Ağdamın Üçoğlan kəndində anadan olub.
                                                               27 sentyabr 2020 il Vətən müharibəsi
                                                               başlayanda silahdaşları ilə birlikdə Kəlbəcər
                                                               istiqamətində ağır döyüşə başlayaraq bir
                                                               neçə postun alınmasında iştirak edən Adəm
                                                               Əliyev 28 sentyabr 2020-ci ildə arzusunda
                                                               olduğu şəhadətə qovuşdu. Qəhrəman
                                                               şəhidimiz Kürdəmir şəhər Şəhidlər
                                                               xiyabanında dəfn olunub. Adəm İlqar oğlu
                                                               Əliyev Azərbaycan Respublikasının
                                                               Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
                                                               ilə ölümündən sonra “Vətən uğrunda”,
                                                               ”Kəlbəcərin azad olunmasına görə”, “Cəsur
                                                               döyüşçü” medalları ilə təltif olunub.
   16   17   18   19   20   21   22   23   24   25   26