Page 24 - shehidler
P. 24
Əzizov Nəzər Ağacəlil oğlu – 28 avqust 1991-
ci ildə Kürdəmir rayonunun Dəyirmanlı
kəndində anadan olub. 14 sentyabr 2022-ci il
erməni terrorçularının törətdiyi təxribat
nəticəsində Kəlbəcər rayonu istiqamətində
gedən ağır döyüşlərdə şəhid olub. Kürdəmir
rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Səmidov Ziyad Lətif oğlu - 15 yanvar 1974-ci
ildə Kürdəmir rayonunun Məhərrəmli kəndində
anadan olmuşdu. 1994-cü il yanvarın 22-də
Kəlbəcər cəbhəsinə yola düşüb. 19 fevral
1994-cü il Kəlbəcər rayonunda gedən ağır
döyüşlərdə qəhrəmancasına Şəhid olub. Ziyad
Lətif oğlu Səmidov 20 fevral 1994-cü il
Kürdəmir rayonunun Məhərrəmli kənd
qəbiristanlığında dəfn olunub.