Page 28 - shehidler
P. 28
Gülməmmədov Şamil Ağamməd oğlu - 23
fevral 1986-cı ildə Kürdəmir rayonunun Şüşün
kəndində anadan olub. 23 sentiyabr 2004-cü
ildə Cəbrayıl rayonu istiqamətində gedən
döyüşlərdə Şəhid olub. Şamil Gülməmmədov
Kürdəmir rayonunun Köhünlü kənd
qəbirstanlığında dəfn olunub.
Məlikov Rəvan Əliabbas oğlu – 6 mart 1996-cı
ildə Kürdəmir rayonunun Şıxımlı kəndində
dünyaya gəlib. Vətən müharibəsi başlayanda
Rəvan artıq 45 gün idi ki, Müddətdən artıq
xidmət edən Hərbi qulluqcu kimi xidmətdə idi.
Müharibənin ilk günündən Füzuli istiqamətində
döyüşən Rəvan oktyabrın 1-də Cəbrayıl
rayonunun Rüzügar kəndinin azad olunması
uğrunda gedən ağır döyüşdə şəhid olub. Onun
nəşi 2 oktyabrda Şıxımlı kənd qəbiristanlığında
torpağa tapşırılıb. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamları ilə Rəvan Əliabbas
oğlu Məlikov ölümündən sonra “Vətən
uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”,
“Cəsur döyüşçü” medalları ilə təltif olunub.