Page 29 - shehidler
P. 29
Məmmədov Əli Əvəz oğlu - 1 sentyabr 1998-ci
ildə Kürdəmir rayonunun Atakişili kəndində
anadan olub. 2020–ci ilin sentyabr ayının 27-
də müharibə başlayarkən, kiçik çavuş Əli
Məmmədov könüllü olaraq həmlə kəşfiyyatçısı
olmağı seçmiş, Göranboy, Ağcakənd,
Suqovuşan, Murovdağ, Talış və bir sıra
yüksəkliklərin alınmasında qəhrəmanlıq
göstərmişdir. Əli noyabrın 4-də Şəhid olan
əsgər yoldaşlarını atəş xəttdindən çıxararkən
özü də şəhadət zirvəsinə yüksəlmişdir. Əli
Məmmədov 5 noyabr 2020-ci il tarixində
Şahsevən kənd qəbiristanlığında dəfn
edilmişdi. Məmmədov Əli Əvəz oğlu
ölümündən sonra Azərbaycan Respublikası
Prezidentinin Sərəncamları ilə “Vətən
uğrunda”, “Suqovuşanın azad olunmasına
görə” medalları ilə təltif olunmuşdur.
Məmmədov Fərid Eyvaz oğlu – 12 oktyabr
2000- ci ildə Kürdəmir rayonunun Şıxımlı
kəndində anadan olub. 27 sentyabır 2020-ci
ildə müharibə başlayan zaman Fərid Talış,
Suqovuşan, Füzuli və Ağdərə istiqamətlərində
gedən döyüşlərdə iştirak edib. 15 oktyabrda
Suqovuşan uğrunda gedən ağır döyüşlərdə
Şəhidlik zirvəsinə ucalıb. Fəridin nəşi oktyabrın
16- da Şahsevən kənd qəbiristanlığında
torpağa tapşırılıb. Fərid Eyvaz oğlu
Məmmədov ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə
“Vətən uğrunda” və “Laçının azad olunmasına
görə” medalları ilə təltif olunub.