Page 30 - shehidler
P. 30

Dadaşov Nurlan Səyyad oğlu – 27 sentyabr
                                                             2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal
                                                             kəndində anadan olub. Xususi təyinatlı
                                                             qüvvələrdə xidmət edən Nurlan, Vətən
                                                             müharibəsi başlayarkən Murovdağ, Füzuli,
                                                             Cəbrayıl, Xocavənd istiqamətlərində
                                                             döyüşlərdə iştirak edib. Oktyabrın 3-də
                                                             Cəbrayıl istiqamətindəki döyüşdə igidlik
                                                             göstərərək qəhrəmancasına Şəhid olub.
                                                             Qəhrəman Şəhidimiz oktyabrın 4-də Şahsevən
                                                             kənd qəbiristanlığında torpağa tapşırılıb.
                                                             Nurlan Səyyad oğlu Dadaşov ölümündən
                                                             sonra Azərbaycan Respublikası Prezidentinin
                                                             Sərəncamları ilə “Vətən uğrunda” , “Füzulinin
                                                             azad olunmasına görə” , ”Cəsur döyüşçü” ,
                                                             “Kəlbəcərin azad olunmasına görə” medalları
                                                             ilə təltif olunub.














                                                             Əhmədov İlqar Xəqani oğlu – 18 mart 1999-cu
                                                             ildə Kürdəmir rayonunun İsmayıllı kəndində
                                                             anadan olub. 2020-ci il sentyabrın 21-də
                                                             səfərbərliklə Ağcabədiyə təlimə gedən İlqar 27
                                                             sentyabrda Füzuli istiqamətində döyüşlərə
                                                             qatılıb və Füzuli, Xocavənd, Şuşa uğrunda
                                                             rəşadətlə döyüşüb. İlqar Əhmədov noyabrın 9-
                                                             da Xocavənddə , ağır döyüş zamanı Şəhid
                                                             olub. Onun nəşi 11 gün sonra-20 noyabrda
                                                             kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman
                                                             Şəhidimiz İlqar Əhmədov ölümündən sonra
                                                             Azərbaycan Respublikası Prezidentinin
                                                             Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin
                                                             azad olunmasına görə” medalları ilə təltif
                                                             olunub.
   25   26   27   28   29   30   31   32   33   34   35