Page 31 - shehidler
P. 31

Osmanov Nizami Elşad oğlu - 29 mart 2002-ci
                                                             ildə Kürdəmir rayonunun Şahsəvən kəndində
                                                             anadan olub. Vətən müharibəsində ön
                                                             cəbhədə - Talış kəndi və Suqovuşanın azad
                                                             olunması uğrunda cəsarətlə vuruşan Nizami
                                                             oktyabrın 14-də Suqovuşan istiqamətində
                                                             gedən ağır döyüşdə qəhrəmancasına Şəhid
                                                             olub. Onun nəşi 2020-ci il noyabrın 7-də
                                                             Şahsevən kəndi Ağ künbəz qəbiristanlığında
                                                             torpağa tapşırılıb. Osmanov Nizami Elşad oğlu
                                                             ölümündən sonra Azərbaycan Respublikası
                                                             Prezidentinin Sərəncamları ilə “Vətən
                                                             uğrunda”, “Suqovuşanın azad olunmasına
                                                             görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif
                                                             olunub.

















                                                             Yünisov Murad Bayram oğlu - 10 sentyabr
                                                             2001-ci ildə Kürdəmir rayonun Şahsevən
                                                             kəndində anadan olub. Müharibə başlayanda
                                                             BTR hərbi texnikasında topçu, atıcı olan Murad
                                                             Füzuli, Horadiz, Cəbrayıl, Zəngilan, Xocavənd,
                                                             Laçın rayonlarının işğaldan azad olunması
                                                             uğrunda 40 gün döyüşüb.Noyabrın 4-də Murad
                                                             Laçın rayonu uğrunda gedən ağır döyüşlərdə
                                                             qəhrəmancasına şəhid olub. Noyabrın 5-də
                                                             qəhrəman Şəhidimiz Şahsevən kəndi Ağ
                                                             künbəz qəbiristanlığında torpağa tapşırılıb.
                                                             Murad Bayram oğlu Yunusov Azərbaycan
                                                             Respublikasının Prezidenti İlham Əliyevin
                                                             Sərəncamı ilə ölümündən sonra “Vətən
                                                             uğrunda” , “Xocavəndin azad olunmasına görə”
                                                             , “Füzulinin azad olunmasına görə” , “
                                                             Cəbrayılın azad olunmasına görə” medalları ilə
                                                             təltif olunub.
   26   27   28   29   30   31   32   33   34   35   36