Page 33 - shehidler
P. 33

Ömərov Elvin Xeybər oğlu – 18 avqust 1991-ci
                                                             il Kürdəmir rayonunun Qarasu kəndində
                                                             anadan olub. 27 sentyabr 2020-ci ildə Vətən
                                                             müharibəsi başlayarkən baş gizir Elvin Ömərov
                                                             taqımın önündə gedərək Hadrut, Cəbrayıl,
                                                             Füzuli, Xocavənd uğrunda rəşadətlə döyüşüb.
                                                             10 oktyabrda Elvin Ömərov Hadrutda
                                                             snayperlə vurularaq, ürəyindən aldığı ağır
                                                             yaradan şəhid olub. O, 13 oktyabrda Kürdəmir
                                                             rayonunun Qarasu kənd qəbiristanlığında dəfn
                                                             olunub. Baş gizir Elvin Xeybər oğlu Ömərovun
                                                             şücaəti Azərbaycan  Respublikasının
                                                             Prezidenti İlham Əliyevin  Sərəncamı ilə
                                                             ölümündən sonra “Vətən uğrunda” ,
                                                             “Xocavəndin azad olunmasına görə” ,
                                                             “Füzulinin azad olunmasına görə” , “Cəsur
                                                             döyüşçü” medalları ilə təltif olunub.















                                                              Ömərov Qoşqar Səxavət oğlu – 9 fevral 1994-
                                                             cü il Kürdəmir rayonunun Şilyan(Qarasu)
                                                             kəndində anadan olub. 2020-ci il sentyabrın
                                                             21-də Vətənin çağırışına qoşularaq ordu
                                                             sıralarına daxil olan Qoşqar, sentyabrın 27-də
                                                             Füzuli istiqamətində müharibəyə qatılıb.
                                                             Qoşqar Ömərov 4 noyabrda Şuşa ətrafında
                                                             gedən döyüşlərdə, Daşaltı kəndində şəhidlik
                                                             zirvəsinə yüksəlib. O, 5 noyabrda Kürdəmir
                                                             rayonunun Qarasu kənd qəbiristanlığında dəfn
                                                             olunub. Şəhid müəllim – Qoşqar Səxavət oğlu
                                                             Ömərov ölümündən sonra Azərbaycan
                                                             Respublikasının Prezidenti İlham Əliyevin
                                                             Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin
                                                             azad olunmasına görə” “Xocavəndin azad
                                                             olunmasına görə” , “Şuşanın azad olunmasına
                                                             görə” və “Cəsur döyüşçü” medalları ilə təltif
                                                             edilib.
   28   29   30   31   32   33   34   35   36   37   38