Page 38 - shehidler
P. 38
Məmmədov İsmət Hikmət oğlu – 2 avqust
1993- cü ildə Kürdəmir rayonunun Sor-sor
kəndində anadan olub. Gizir İsmət Məmmədov
27 sentyabrda Vətən müharibəsi başlayan
gündən 8 oktyabradək igidliklə döyüşür və
Suqovuşanda başından aldığı qəlpə
yarasından şəhid olur. Şəhidimiz oktyabrın 10-
da Kürdəmir rayonunun Sor-sor kənd
qəbristanlığında dəfn olunub. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə İsmət
Hikmət oğlu Məmmədov ölümündən sonra
“Vətən uğrunda” , ”Suqovuşanın azad
olunmasına görə” , “Cəsur döyüşçü” medalları
ilə təltif edilib.
Bayramov Səid Eldəniz oğlu – 20 noyabr
1999-cu ildə Kürdəmir rayonunun Çöl-Ərəb
kəndində anadan olub. 27 sentyabrda Səid
Xocavənd, Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Şuşa uğrunda qəhrəmancasına
döyüşüb və noyabrın 2-də Şuşa ətrafında
şəhid olub. Noyabrın 5-də igid şəhidimizin nəşi
Çöl-Ərəb qəbristanlığında dəfn olunub. Səid
Eldəniz oğlu Bayramov ölümündən sonra
Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə “Vətən uğrunda”,
“Füzulinin azad olunmasına görə” ,
“Xocavəndin azad olunmasına görə” , “Şuşanın
azad olunmasına görə” , “Cəsur döyüşçü”
medalları ilə təltif edilib.