Page 39 - shehidler
P. 39

Soltanov Oruc Fərhad oğlu – 1 yanvar 1999-
                                                             cu il Kürdəmir rayonunun Sovla kəndində
                                                             anadan olub. Oruc 29 sentiyabr 2020-ci ildə
                                                             səfərbərliklə Füzuli istiqamətində düşmənə
                                                             qarşı döyüşə qatılır. Oktyabırın 16- da Füzuli
                                                             uğrunda gedən ağır döyüşdə qəhrəmancasına
                                                             şəhid olub. Çəsur şəhidimiz oktyabr ayının 17-
                                                             də Kürdəmir rayonunun Sovla kənd
                                                             qəbiristanlığında dəfn olunub. Soltanov Oruc
                                                             Fərhad oğlu ölümündən sonra Azərbaycan
                                                             Respublikası Prezidentinin müvafiq sərəncamı
                                                             ilə “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə
                                                             görə” medalları ilə təltif edilib.





















                                                             Novruzov Pərviz Natiq oğlu - 2 fevral 2002-ci
                                                             ildə Kürdəmir rayonunun Ərəbxana kəndində
                                                             anadan olub. 2 oktyabr 2020-ci il tarixdə Füzuli
                                                             rayonunun azad olunması uğrunda gedən
                                                             döyüşlərində ön cəbhədə vuruşmuş və döyüş
                                                             tapşırığını yerinə yetirərkən Şükürbəyli
                                                             kəndində qəhrəmancasına şəhid olmuşdur.
                                                             Şəhidimizin nəşi 3 -oktyabr 2020- ci il tarixdə
                                                             Kürdəmir rayon Ərəbxana kənd
                                                             qəbiristanlığında torpağa tapşırılmışdır.
                                                             Azərbaycan Respublikasının Prezidentinin
                                                             müvafiq Sərəncamı ilə Pərviz Natiq oğlu
                                                             Novruzov ölümündən sonra “Vətən uğrunda”,
                                                             “Füzulinin azad olunmasına görə” ,
                                                             “Xocavəndin azad olunmasına görə” , “Cəsur
                                                             döyüşçü” medalları ilə təltif edilib.
   34   35   36   37   38   39   40   41   42   43   44