Page 37 - shehidler
P. 37

Azayev Ülvi Maxsud oğlu – 4 dekabr 2001-ci
                                                             ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində
                                                             anadan olub. Vətən müharibəsində Daşaltı,
                                                             Talış, Suqovuşan istiqamətlərində rəşadətlə
                                                             döyüşən Ülvi oktyabrın 2-də düşmənlə üzbəüz
                                                             döyüşdə snayperlə başından vurulub və aldığı
                                                             ağır yaradan şəhid olub. İgid şəhidimiz
                                                             oktyabrın 4-də Ərəbqubalı kənd
                                                             qəbiristanlığında dəfn edilib. Ülvi Maqsud oğlu
                                                             Azayev ölümündən sonra Azərbaycanın
                                                             Respublikası Prezidentinin Sərəncamları ilə
                                                             “Vətən uğrunda” və “Laçının azad olunmasına
                                                             görə” medalları ilə təltif olunub.


















                                                             Səlimov Şiralı Vüqar oğlu - 1 yanvar 2000-ci
                                                             ildə Kürdəmir rayon Sor-sor kəndində anadan
                                                             olub. 27 sentyabr 2020–ci ildə “Vətən
                                                             müharibəsi” başlananda Cəbrayıl, Xocavənd
                                                             və Füzuli rayonlarının, Hadrut qəsəbəsinin və
                                                             bir çox kəndlərin düşməndən azad edilməsində
                                                             fəal iştirak edib. Şiralı Şuşa şəhərinin
                                                             düşməndən azad edilməsi uğrunda gedən
                                                             döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhid
                                                             Səlimov Şiralı Vüqar öğlunun nəşi 11 noyabr
                                                             2020-ci ildə Kürdəmir rayonunun Sor-sor kənd
                                                             qəbristanlığında dəfn olunub. Qəhrəman
                                                             şəhidimiz ölümündən sonra Azərbaycan
                                                             Respublikası Prezidentinin müvafiq sərəncamı
                                                             ilə “Vətən uğrunda” , “Şuşanın azad
                                                             olunmasına görə” , “Füzulinin azad olunmasına
                                                             görə” , “Xocavəndin azad olunmasına görə” ,
                                                             “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
   32   33   34   35   36   37   38   39   40   41   42