Page 36 - shehidler
P. 36
Nurməmmədov Ziya Zabil oğlu – 29 avqust
2001-ci ildə Kürdəmir rayonunun Sığırlı
kəndində anadan olub. 27 sentyabrda Vətən
müharibəsi başlayarkən Milli Ordunun Quru
qoşunları topçusu Ziya Nurməmmədov Füzuli
rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi
istiqamətində döyüşlərə qoşulur. Oktyabrın 13-
də ağır döyüşdə şəhid olan Ziyanın cəsədi
neytral zonada qaldığı üçün, şəhidimizin nəşi
dekabrın 3-də Kürdəmir rayonunun Sığırlı kənd
qəbiristanlığında torpağa tapşırılır. Ziya
Nurməmmədov ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə
“Vətən uğrunda” , ” Füzulinin azad olunmasına
görə” , “Cəsur döyüşçü” medalları ilə təltif
olunub.
Şirinov Kamil Altay oğlu – 9 avqust 1999-cu
ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində
anadan olub. 29 sentyabrda könüllü döyüşə
qatılan Kamil Füzuli istiqamətində ən ağır
döyüşlərdə düşmənlə cəsarətlə vuruşur. Kamil
Şirinov 12-0ktyabrda elə Füzuli rayonu
uğrunda gedən döyüşdə yaralı və şəhid
yoldaşlarını döyüş meydanından çıxararkən
başından aldığı qəlpə yarasından şəhid olub.
Kamil 13 oktyabrda Ərəbqubalı kənd
qəbiristanlığında dəfn edilib. Qəhrəman
şəhidimiz ölümündən sonra Azərbaycan
Respublikasının Prezidentinin sərəncamı ilə
“Vətən uğrunda” , ”Döyüşdə fərqlənməyə görə”
, ” Füzulinin azad olunmasına görə”, medalları
ilə təltif olunub.