Page 40 - shehidler
P. 40

Eyyubov Tural Yadulla oğlu – 2 iyul 1992-ci
                                                             ildə Kürdəmir rayonunun Mollakənd kəndində
                                                             anadan olub. 2020-ci ilin oktyabrında Vətənin
                                                             müdafiəsinə qatılan leytenant Füzuli,
                                                             Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək
                                                             25 oktyabrda şəhidlik zirvəsinə ucalır.
                                                             Qəhrəman şəhidimiz Mollakənd kənd
                                                             qəbiristanlığında torpağa tapşırılıb. Eyyubov
                                                             Tural Yadulla oğlu ölümündən sonra
                                                             Azərbaycan  Respublikası Prezidentinin
                                                             müvafiq sərəncamları ilə “Vətən uğrunda” ,
                                                             “Füzulinin azad olunmasına görə” ,
                                                             “Xocavəndin azad olunmasına görə” , “Şuşanın
                                                             azad olunmasına görə” , “İgidliyə görə”
                                                             medalları ilə təltif olunub.

















                                                             Eminov Nurlan Pərviz oğlu – 2 iyul 2000-ci ildə
                                                             Kürdəmir rayon Ərəbqubalı kəndində anadan
                                                             olub. Vətən müharibəsində Kəlbəcər
                                                             istiqamətində döyüşə atılan baş çavuş Nurlan
                                                             Eminov oktyabrın 3-də mühüm əhəmiyyətli
                                                             yüksəklik olan Canavar postunda
                                                             qəhrəmancasına döyüşərək şəhid olur. 4 aya
                                                             yaxın itkin düşən qəhrəman şəhidimizin nəşi
                                                             2001-ci ilin yanvarın 23-də Ərəbqubalı kənd
                                                             qəbiristanlığında torpağa tapşırılıb.
   35   36   37   38   39   40   41   42   43   44   45