Page 35 - shehidler
P. 35

İmamverdiyev Elnur Vəfadar oğlu – 9 yanvar
                                                             2001-ci ildə Kürdəmir rayonunun Carlı
                                                             kəndində anadan olub. Müxtəlif bölgələrdə
                                                             təlim və kurslarda kəşfiyyatçı kimi ixtisaslaşan
                                                             Elnur Vətən müharibəsi başlayan gündən
                                                             Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Xocavənd,
                                                             Qubadlı rayonlarının işğaldan azad
                                                             olunmasında iştirak edib. Elnur 25 oktyabrda
                                                             Silahlı Qüvvələrin Baş Klinik Hospitalında baş
                                                             beyinin ağır travmasından şəhid olur. Elnur 26
                                                             oktyabrda Carlı kənd qəbiristanlığında torpağa
                                                             tapşırılır. Elnur İmamverdiyev ölümündən
                                                             sonra Azərbaycanın Respublikası
                                                             Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”
                                                             və “ Cəbrayılın azad olunmasına görə”
                                                             medalları ilə təltif olunub.



















                                                              Tarverdiyev Feyruz İslam oğlu – 22 iyul 1996-
                                                             cı ildə Kürdəmir rayonunun Sığırlı kəndində
                                                             anadan olub. 2020- ci ilin sentyabrında
                                                             cəbhəyə səfərbər olunan Feyruz Quru
                                                             qoşunlarında baş atıcı kimi noyabr ayınadək
                                                             Xocavənd istiqamətində döyüşlərdə igidliklə
                                                             döyüşüb. Noyabrın 6-da şəhid olan Feyruzun
                                                             nəşi neytral ərazidə qaldığı üçün noyabrın
                                                             sonunda tapılaraq, doğma kəndinə gətirilib və
                                                             30 noyabrda Sığırlı kənd qəbiristanlığında dəfn
                                                             olunub. Şəhid Feyruz İslam oğlu Tarıverdiyev
                                                             ölümündən sonra Azərbaycan Respublikası
                                                             Prezidentinin müvafiq sərəncamları ilə “Vətən
                                                             uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif
                                                             olunub.
   30   31   32   33   34   35   36   37   38   39   40