Page 32 - shehidler
P. 32
Quliyev Ramil Nuralı oğlu – 10 dekabr 1981-ci
ildə Kürdəmir rayonunun Qarasu kəndində
anadan olub. Azərbaycan Ordusunun baş giziri
Ramil Quliyev Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında olan
ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsinə qatılaraq sentyabrın 30-da
Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub. Kürdəmir
rayonunun Qarasu kənd qəbiristanlığında dəfn
olunub. Ramil Quliyev ölümündən sonra
Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”,
“İgidliyə görə “ , “Füzulinin azad olunmasına
görə” , “Qubadlının azad olunmasına görə”
medalları ilə təltif olunub.
Abışov Elnur Şaiq oğlu – 1 sentyabr 1997-ci
ildə Kürdəmir rayonunun Qarasu kəndində
doğulub. 27 sentyabrda Vətən müharibəsi
başlayanda Elnur Talışkənd istiqamətində
döyüşlərə qatılır. Oktyabrın 7-də Suqovuşanda
düşmənlə üzbəüz döyüşdə Elnur
qəhrəmancasına şəhid olub. Kürdəmir
rayonunun Qarasu kənd qəbiristanlığında dəfn
olunub. Abışov Elnur Şaiq oğlu ölümündən
sonra Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamına əsasən “Vətən
uğrunda” , ”Lacının azad olunmasına görə”
medalları ilə təltif olunub.