Page 27 - shehidler
P. 27
Cəfərov Teymur Cənnət oğlu - 7 iyun 1972-ci
ildə Kürdəmir rayonunun Köhünlü kəndində
anadan olub. 13 iyul 1993- cü ildə Zəngilan
rayonunun Kollu kəndində gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olub.
Teymur Cəfərov Kürdəmir rayonunun Köhünlü
kənd qəbirstanlığında dəfn olunub.
Gülməmmədov Kamil İmran oğlu – 1 sentiyabr
1982-ci il Kürdəmir rayonunun Şüşün kəndində
anadan olub. 23 fevral 2002-ci ildə Ağcəbədi
rayonunda Şəhid olub. Kamil
Gülməmmədovun məzarı Kürdəmir rayonunun
Köhünlü kənd qəbirstanlığındadır.