Page 22 - shehidler
P. 22

Həşimli Cəmil Əflatun oğlu – 11 avqust 1995–
                                                               ci ildə Kürdəmir rayonunda doğulub. Füzuli
                                                               rayonunda, “N” saylı hərbi hissədə gizir
                                                               rütbəsində çalışıb. Cəmil Həşimli Füzulidə-
                                                               Əbdürrəhmanlı kəndi istiqamətində gedən
                                                               ağır döyüşlərdən birində, oktyabrın 5-də
                                                               Şəhidlik məqamına ucalıb. Cəsur Şəhidimiz
                                                               oktyabrın 6-da Kürdəmir rayonunda –
                                                               Şəhidlər xiyabanında dəfn olunub.
                                                               Azərbaycan Respublikasının Prezidentinin
                                                               müvafiq Sərəncamları ilə Həşimli Cəmil
                                                               Əflatun oğlu ölümündən sonra “Vətən
                                                               uğrunda”, “Füzulinin azad olunmasına görə”,
                                                               “Xocavəndin azad olunmasına görə”,
                                                               “Şuşanın azad olunmasına görə” və “Cəsur
                                                               döyüşçü” medalları ilə təltif olunub.

















                                                               Hüseynov Fərrux Baxış oğlu - 29 aprel 1995-
                                                               ci ildə Kürdəmir rayonunun Şilyan kəndində
                                                               anadan olub. Tank bölüyünün komandiri kimi
                                                               xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə
                                                               başlayan Vətən müharibəsində öz bölüyü ilə
                                                               misilsiz şücaət göstərən Baş leytenant Fərrux
                                                               Hüseynov 44 gün davam edən müharibənin
                                                               bitdiyi gün – 9 noyabr 2020-ci ildə Xocavənd
                                                               rayonunda Şəhid olub. İgid komandir 10
                                                               noyabr-Kürdəmir rayon Şəhidlər Xiyabanında
                                                               dəfn edilib. Tank bölüyü komandiri baş
                                                               leytenant Fərrux Hüseynov ölümündən sonra
                                                               Azərbaycan Respublikasının Prezidentinin
                                                               müvafiq Sərəncamları ilə “Vətən uğrunda”,
                                                               “Xocavəndin azad olunmasına görə”,
                                                               ”Zəngilanın azad olunmasına görə”,
                                                               “Cəbrayılın azad olunmasına görə” medalları
                                                               ilə təltif olunub.
   17   18   19   20   21   22   23   24   25   26   27