Page 20 - shehidler
P. 20
Kərimov Zaur Saleh oğlu – 2 fevral 1996-cı
ildə Kürdəmir rayonunun Atakişili kəndində
anadan olub. Vətən müharibəsində Füzuli,
Xocavənd, Cəbrayıl, Qubadlı, Laçın, Şuşanın
azad olunması uğrunda gedən döyüşlərdə
igidlik göstərmişdir. Zaur 27 oktyabr 2020-ci
ildə Xocavənddə şəhid olub. Kürdəmir rayon
Şəhidlər xiyabanında dəfn olunub. Cəsur
Şəhidimiz ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə “Vətən uğrunda”,
“İgidliyə görə”, “Cəbrayılın azad olunmasına
görə”, “Şuşanın azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə” və
“Kəlbəcərin azad olunmasına görə” medalları
ilə təltif olunub.
Mikayılov Nahid Sovqat oğlu – 25 aprel 1982-
ci ildə Kürdəmir rayonunun Şilyan kəndində
anadan olub. Ömrünü Vətənə xidmətə həsr
edən Nahid 20 il Milli Ordumuzda qüsursuz
xidmətinə görə dəfələrlə medal və Fəxri
Fərmanlarla təltif olunub. 27 sentyabr 2020-ci
il Vətən müharibəsi başlayanda öz bölüyü ilə
misilsiz şücaət göstərən Nahid oktyabrın 30-
da Ağdam uğrunda gedən döyüşdə
qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. 31
oktyabr 2020-ci ildə baş gizir Nahid Mikayılov
Kürdəmir şəhər Şəhidlər xiyabanında dəfn
olunub. Şəhid baş gizir Mikayılov Nahid
Sovqat oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
ilə ölümündən sonra “Vətən uğrunda”,
”Ağdamın azad olunmasına görə” medalları
ilə təltif olunub.