Page 18 - shehidler
P. 18
Həsənov Əlövsət Əfsər oğlu – 26 oktyabr
1973 cü ildə Füzuli rayonunun Horadiz
kəndində anadan olub. 1992-ci ilin noyabr
ayında Füzulidən Hərbi xidmətə yola düşüb.
22 yanvar 1994-cü il Füzuli rayonu
istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub. Həsənov
Əlövsətin məzarı Kürdəmir rayonunun
“Şəhidlər xiyabanı”ndadır.
Səfiquliyev Məzahir Ağakişi oğlu – 10 iyul
1971-ci ildə Cəbrayıl rayonunun Şıxlar
kəndində anadan olmuşdu. 1991 -ci ilin
mayında könüllü ərazi özünümüdafiyə
batalyonuna yazıldı. 28 dekabr 1993-cü il
Cəbrayıl rayonu istiqamətində gedən
döyüşlərdə şəhid olub. Məzahir Səfiquliyevi
Kürdəmir “Şəhidlər xiyabanı”nda dəfn
etmişlər.