Page 23 - shehidler
P. 23

Mehdiyev Zahir Zakir oğlu – 27 aprel 1984-cü
                                                               ildə Kürdəmir rayon Qarabucaq kəndində
                                                               anadan olub. 2020-ci il oktyabrın 1-də MH-nin
                                                               əmri ilə ehtiyatda olan zabit Zahir Mehdiyev
                                                               Beyləqan korpusunun Ağcabədidə, Minəxor
                                                               kəndində Quru Qoşunlarında motoatıcı taqım
                                                               komandirinin müavini təyin edilir. Müharibə
                                                               başladığı 5 gün idi və Zahir də Füzuli
                                                               istiqamətində döyüşə qatılır. Füzulinin,
                                                               Xocavəndin işğaldan azad olunmasında
                                                               iştirak edən Zahir noyabrın 3-də şəhid olur.
                                                               Zahir Mehdiyev 4 dekabrda Kürdəmir rayon
                                                               Şəhidlər Xiyabanında dəfn edilib. Zahir
                                                               ölümündən sonra Azərbaycan
                                                               Respublikasının Prezidenti İlham Əliyevin
                                                               müvafiq sərəncamı ilə “Vətən uğrunda”,
                                                               “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

















                                                               Babayev Ramil Taqət oğlu – 12 dekabr 1991-
                                                               ci ildə Kürdəmir rayonunun Şilyan anadan
                                                               olub. Ramil Babayev Vətən müharibəsinin ilk
                                                               günündən kəşfiyyatçı kimi Quru Qoşunlarda
                                                               döyüşə qatılır. O, sentyabrın 29-da Murovdağ
                                                               istiqamətində gedən döyüşlərdə itkin düşür.
                                                               Ramil Babayevin nəşi ölümündən 4 ay sonra
                                                               2021-ci ilin yanvarın 31-də rayonun Şəhidlər
                                                               xiyabanında torpağa tapşırılır. Vətən
                                                               müharibəsində göstərdiyi rəşadətə görə
                                                               Ramil Taqət oğlu Babayev ölümündən sonra
                                                               Azərbaycan Respublikasının Prezidenti İlham
                                                               Əliyevin müvafiq sərəncamı ilə “Vətən
                                                               uğrunda”, “Suqovuşanın azad olunmasına
                                                               görə” medalları ilə təltif olunmuşdur.
   18   19   20   21   22   23   24   25   26   27   28