Page 57 - XALÇA MEMUL._maket az-en
P. 57

XALÇA MƏMULATLARI









                                                                                                                       57
                                                                                                                        CARPET PRODUCTS


















                                    Xurcun





                                                  KHURJUN






              Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən      Khurjuns came in different sizes. A chiyin khurjunu is a
              keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağla-  medium-sized bag carried on a shoulder. A large khurjun
              nır. Bu bağ xurcunbağı adlanır.                     was usually loaded onto pack animals and used to trans-
                 Xurcun müxtəlif ölçülərdə olurdu. Çiyin xurcu-   port agricultural products and other items. Medium-sized
              nu adından da məlum olduğu kimi, çiyinə salınan     and small khurjuns called heyba were used to transport
              orta ölçülü xurcunlara deyilir. İri ölçülü xurcunlar   food supply for short and long trips.
              adətən yük və ya minik heyvanlarının belindən aşı-     Khurjun was also a part of tradition. On the eve of
              rılan, əsasən kənd təsərrüfatı məhsulları və s. daşı-  Novruz holiday young men placed their khurjuns by the
              maq üçün istifadə olunur. Keçmişdə yaxın və uzaq    doors of the girls they loved. If love was mutual, the girl
              səfər zamanı xurcun və heybədə azuqə daşınardı.     put some candies in the khurjun, if not, she would leave the
                 Hətta xurcunla bağlı bir neçə adət-ənənə var idi.   khurjun empty.
              Keçmişdə Novruz bayramı ərəfəsində oğlanlar istədik-   The museum collection numbers 255 khurjuns. The
              ləri qızların qapısına xurcun atırdılar. Oğlan qızın xo-  most ancient exhibit dates back to 1796. The first sample
              şuna gəlirdisə xurcuna şirniyyat qoyulur, əks halda isə   of the collection, purchased by the museum, was woven in
              xurcun boş qaytarılırdı.                            Karabakh and dates back to the early 20  century. The
                                                                                                      th
                 Muzeyin kolleksiyasında ümumilikdə 255 ədəd      collection also houses the items produced by Azerkhalcha
              xurcun qorunub saxlanılır. Onların ən qədim nümunə-  Scientific and Creative Production Union and the artist
              si 1796-cı ildə hazırlanıb, ilk nüsxəsi isə XX əsrin əvvə-  works.
              lində Qarabağda toxunulub. Eksponatların əksəriyyə-
              ti Şirvan və Qarabağ bölgələrində hazırlanıb. Bununla
              yanaşı, “Azərxalça” EYİB və müəllif işi olan nümunələr
              də vardır.
   52   53   54   55   56   57   58   59   60   61   62